“Sumqayıt”da yeni müqavilə
17.06.2021 , 16:43
“Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Tellur Mütəllimov növbəti mövsümdə də “Sumqayıt”da çıxış edəcək. 26 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Ötən mövsümdən “Sumqayıt”ın şərəfini qoruyan Tellur Mütəllimov ümümilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub.