Futbol

“Sumqayıt” “Qarabağ”la oyuna yeni futbolçularla hazırlaşır

27.02.2018 , 18:45

Topaz Premyer Liqanınn 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” bir günlük istirahətin ardından məşqləri bərpa edib

Samir Abasovun komandası saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. 

Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb. Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması 3 mart, saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Son yazılar

Yuxarı