big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Cəngi” rəqsinə imkan verməyən “Korrida”çılar

27.02.2018 , 18:41

Korner.az və Sportfm.az saytlarının “Futzal: yığmamızın Avropa çempionatındakı çıxışı” layihəsi çərçivəsində dördüncü yazısı

Sloveniyada keçirilən Avropa Çempionatından öncə milli komandamızdan uğurlu çıxış gözləyən azarkeşlər az deyildi. Onları haqlı hesab etmək olar, çünki pozitiv gözləntilərə əsas verən yığmamızın təsnifat mərhələsindəki çıxışı idi. Bakıda keçirilən təsnifat oyunlarında rəqiblərinə inamla qalib gələn milli komandamızın Avropa Çempionatında parlaq çıxış gözləntilərini məntiqli hesab etmək olardı. Komandamız püşkatmada ikinci səbətdə yer almışdı. Azərbaycan yığması UEFA-nın ümumi reytinq cədvəlinə görə hesablanmış püşkatmaya görə İtaliya, Ukrayna və Qazaxıstan komandası ilə qarşılaşa bilməzdi. Ötən ilin sentyabrında Lyublyanada keçirilən mərasimdə turnirin debütantı Fransa ilə bərabər son çempion İspaniya milli komandamızla eyni qrupda yer aldı. Fransa yığmasının çıxışı isə güclü Xorvatiyanı mübarizədən kənarlaşdıraraq turnirə qatıldığına görə hər kəsin marağına səbəb olurdu. Ancaq İspaniya komandası ilə vəziyyət fərqli idi. Bu yığmanın gücü elə qazandığı titullardan bəlli idi.

Millimizin qərarlaşdığı D qrupunda ilk oyun Fransa – İspaniya matçı oldu. Fransızların sürpriz nəticələrə imza ata biləcəyi fikri son çempiona qarşı oynadığı oyunla öz təsdiqini tapdı, matç 4:4 hesablı bərabərliklə başa çatdı. Bu heç-heçə Azərbaycan üçün üstünlük oldu, çünki yığmamız Fransa üzərində qələbə qazanacağı halda qrupdan çıxmağı təmin edirdi. Joze Alesio da Silvanın yetirmələri fransızları inamla məğlub etdikdən sonra növbəti mərhələdə turnirin favoriti Portuqaliya ilə düşməmək üçün son çempion İspaniya ilə heç-heçə oynayıb, qrup lideri olmalıydı. Məhz, bu baxımdan matç formal xarakter daşımırdı, əksinə çox vacib oyun idi. 

7 il öncəki mübarizə: Kimdir lider? 

Azərbaycan millisi bundan əvvəl İspaniya ilə 2011-ci ildə qarşılaşmışdı. Avro-2012-nin təsnifat mərhələsində ispanlarla eyni qrupda qərarlaşan millimiz çempion komandadan başqa Qazaxıstan və Fransa yığması ilə oynamalı idi. Bakıda keçirilən təsnifat mərhələsinin oyunlarında həm İspaniya, həm də Azərbaycan ilk iki oyunda qalib gəlmişdi. Qazaxıstanla oyunda 6:3, Fransa ilə matçda 4:2 hesablı qələbəyə sevinən yığmamız qrup liderini müəyyən etmək üçün ispanları da məğlub etməliydi. Serjaonun dubl etdiyi, Felipenin fərqləndiyi oyunda 3:8 hesabı ilə uduzan milli komandamız 2012-ci ilə Avropa çempionatına qrup ikincisi kimi yollanmışdı. Lideri müəyyən edəcək ilk qarşılaşmada millimiz üzülən tərəf olmuşdu… 

Təkrarlanan tarix: Lider İspaniya! 

Lyublyanadı “Arena Stojiçe”də qrupun liderini müəyyən edəcək qarşılaşmaya milli komandamız bu “dördlük”lə çıxmışdı: Rövşən Hüseynli (qapıçı), Tyaqo, Fineo, Edu, Rizvan Fərzəliyev (kapitan). Rəqibin start heyəti isə belə idi:  Pako Sedano (qapıçı), Ortis (kapitan), Pola, Miqelin, Aleks. Matça hücumlarla başlayan millimiz ilk dəqiqələrdə texnikalı ispanlara qarşı aktivinə iki cərimə xalı yazdırdı. 28-ci saniyə Fineo, 37-ci saniyədə isə Tyaqo rəqibə qarşı kobud oynadı. Qapıya ilk zərbə isə rəqib komandadan gəldi. 39-cu saniyədə Miqelin, 43-cü saniyədə isə Polanın zərbəsinin qarşısı alındı. Millimzin heyətində Edu ilk dəqiqənin sonunda ispanların qapısına birinci zərbəni endirdi, lakin Pako Sedano inamla topun qapıya getməsinə icazə vermədi. İlk dəqiqələrdən təhlükəli hücumlar quran milli komandamız ikinci dəqiqənin başlanğıcında künc zərbəsi ilə rəqibə çətin anlar yaşatdı. Bundan sonra 6-cı dəqiqəyə qədər rəqib təşəbbüsə yiyələndi və Rövşən Hüseynli ardıcıl üç dəfə komandamızı real qoldan xilas etdi. Matçda müdafiə olunan milli komandamız yalnız 9-cu dəqiqədə Vassuranın zərbəsi ilə rəqib qapıçının gücünü yoxladı, bu dueldən isə Pako Sedano qalib ayrıldı. Bundan  sonrakı 5 dəqiqədə təşəbbüsə yiyələnən ispanlar ardıcıl hücumlar təşkil etməyə başladı. Hüseynli 11 və 13-cü dəqiqədə qapıya endirilən zərbələri dəf etsə də, 14-cü dəqiqədə Polanın zərbəsi qarşısında aciz qaldı və ispanlar hesabı açdı.

Qoldan dərhal sonra hücuma atılan millimiz təcrübəli futzalçımız Vitali Borisovun ifasında qapıya zərbə endirməyi bacardı, lakin ispanlar qapıya gedən mərminin qarşısını aldı.

Hissənin sonuna qədər daha iki top çıxaran Rövşən Hüseynlinin komanda yoldaşları ara-sıra təşkil etdiyi hücumlarla yadda qalırdı. Buna baxmayaraq, qarşılaşmanın ilk hissəsinin qalibi son Avropa çempionları oldu. İkinci hissəyə sərt oyuna üstünlük verən və kobudluqla başlayan qonaqlar Solano ilə aktivlərinə cərimə xalı yazdı. Millimiz də kobudluğa elə kobudluqla cavab verdi, belə ki, Borisovun qaydanı pozmasından sonra ispanlar cərimə zərbəsi vurmaq şansı qazandı. Bu dəfə də Rövşən qapıda “divləşdi”. Yığmamız bəzi epizodlarda oyunçu dəyişikliklərinin hesabına rəqibi təzyiq altında saxlasa da istəyinə çata bilmirdi. Matçın 30-cu dəqiqəsində Xətai Bağırovun fərqlənməsinə qapı dirəyi mane oldu. Qarşılaşmanın sonuna qədər qarşılıqlı hücumlarla keçən oyunda yenə ispanlar yenə qalib gələn tərəf oldu. 

Oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva rəqibin topa daha çox nəzarət edən tərəf olduğun bildirdi:“Bilirdik ki, bizi çətin görüş gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik. Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favorit komandalarından hesab edilir. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son matçda komandamıza kömək edəcəklər”. 

Qalib gələn tərəfin – İspaniya millisinin baş məşqçisi Xose Lopes isə Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçuların çox olduğunu qeyd etdi:“İlk oyundan sonra qrupda vəziyyət fərqli idi. Yer aldığımız mövqe bizi qələbə qazanmağa vadar edirdi. Rəqibimizə isə heç-heçə kifayət edəcəkdi ki, növbəti mərhələyə birinci pillənin sahibi kimi vəsiqə qazansın. Onları topsuz qoymağı tapşırmışdım. Çünki Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçular çoxdu. Çətin olsa da, bunu bacardıq. Rəqibin də hesabı bərabərləşdirmək üçün şansları oldu”. 

Azərbaycan millisinin üzvü Xətai Bağırovun fikrincə, komanda elə də pis oynamadı:“Növbəti mərhələyə vəsiqəni təmin etmişdik. Birinci yer uğrunda oynayırdıq və düşünürəm ki, yaxşı oyun oldu. Rəqib də bu oyuna yaxşı hazırlaşmışdı. Hər iki komandada qol epizodları yaratdı. İspanlar bir dəfə fərqləndulər. Biz isə təəssüflər olsun ki, şanslardan yararlana bilmədik. Oyun vaxtı fikirləşmək olmur. Meydanda nəsə etmək istədim. Alındı. Lakin həmin epizodda da bəxtimiz gətirmədi. Rəqibin də çoxlu şansları oldu, ancaq yararlana bilmədilər. Fransa ilə oyunun yorğunluğu bir az hiss olunurdu. Amma rahat olmasaq da, qrupdan artıq çıxdığımızı düşünürdük. Rəqib kimi biz də oyuna yaxşı hazırlaşmışdıq. İspaniyaya qarşı yaxşı oynadıq. Fikirləşirəm ki, belə çıxış etsək, Portuqaliyanı keçmək olar. Final istəyirik. Dünya çempionatında oynamışıq. Onlar bizə rəqib olub. Biz istəyirdik ki, rəqib Portuqaliya olsun. Elə də oldu. İki il əvvəl əlimizdən qaçdılar. Şansdan istifadə etmədik. Düşünürəm ki, yaxşı olacaq”.

İspaniya ilə oyunun ən yaxşılarındna olan Rövşən Hüseynli yorğunluqdan şikayətçi idi: “Əvvəlcədən kimə qarşı oynadığımızı bilirdik. Üstəlik, ispanların Fransaya qarşı keçirdikləri oyunu da canlı izləmişdik. Eləcə də bizim istifadə edə biləcəyimiz cəhətlərini nəzərdən keçirmişdik. Oyuna rəqib yaxşı başladı. Komandamızda az da olsa yorğunluq var idi. Çünki ispanlar bizə nisbətən daha artıq istirahət etmişdi. Ümumi götürdükdə, pis mübarizə aparmadıq. Bir epizodda ciddi səhvə yol verdik, yer seçimini düzgün etmədik. Əlimdən gələni etdim ki, komandama xeyrim dəysin. Vacib olan qapıçı kimi inamlı dayanmaq idi. Düzdür, Fransaya qarşı oyunda səhvlərim oldu. Bu da ilk oyunun həyəcanından doğurdu. Çünki birinci oyunlar hər zaman çətin keçir. Bu dəfə oyunum yaxşı alındı. Nə gizlədim, Portuqaliya ilə qarşılaşmağı çox istəyirdim. Çünki dünya çempionatında onlara uduzmuşduq. Həmin oyunda sarı vərəqə cəzalısı olduğuma görə, iştirak edə bilmədim. Bu dəfə meydanda olacam. Revanş arzusu bizim üçün əlavə motivasiyadı. Məncə, şanslar 50-nin 50-yədir. Bura finalda oynamaq üçün gəlmişik. Çempionata da pis başlamamışıq”.

Qeyd edək ki, Azərbaycan-İspaniya görüşü 4 fevralda keçirildi.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top