Milli komandamızın üzvü Branimir Subaşiçin formasını geyindiyi “Orduspor” Türkiyə PTT Birinci liqasında növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Ordu təmsilçisi öz meydanında “Qaziantep BB”-ni qəbul edib.
Oyunda yeganə qolu 38-ci dəqiqədə qonaq komandanın futbolçusu Əmrah Kol vurub. Bununla da, “Orduspor”un 5 turluq qələbə seriyası qırılıb.
