Bir neçə mövsümdür “Liverpul”da uğurlu çıxışı ilə yadda qalan Luiz Suarez bugün İspaniyanın yolunu tutub.
Korner.az xəbər verir ki, uruqvaylı hücumçu rəsmi şəkildə “Barselona”ya transfer olub.
“Liverpul”un rəsmi saytı Suarezə təşəkkür məktubu da ünvanlayıb. Ulduz futbolçu da öz növbəsində “mersisayd” rəhbərliyinə öz minnətdarlığını bildirib.