Rioda keçirilən Yay Olimpiya oyunları davam edir.
Korner.az-ın məlumatına görə, 48 kq-da qaliblər müəyyən olunub.
Azərbaycanı təmsil edən Mariya Stadnik finalda yaponiyalı rəqibinə uduzub. Güləşçimizin üzünütüsü göz yaşlarında özünü büruzə verib. O, mükafatlandırma mərasimini vaxtından əvvəl tərk edib.
Mariya Stadnik digər güləşçilərdən fərqli olaraq Olimpiya medalını boynundan asmayıb əlində saxlayıb.
