“Spartak” Karreranı qovdu
22.10.2018 , 13:17

“Spartak” baş məşqçisi Massimo Karreranı istefaya göndərib.
Klubun direktorlar şurası komandanın bu mövsüm qeyri-kafi nəticələri səbəbindən 54 yaşlı mütəxəssislə yolları ayırıb. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Raul Riançoya həvalə olunub.
Qeyd edək ki, “Spartak” ölkə çempionatının turnir cədvəlində 18 xalla 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, M. Karrera 2016-cı ilin avqustunda “Spartak”ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2016/2017 mövsümündə Rusiya çempionu olub və ölkə superkubokunu qazanıb
