Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Fırtınalar meydanı"nda keçirilən "Xəzər Lənkəran" – "Makkabi" (Hayfa) görüşünün gedişində azarkeşlər Elnur Allahverdiyevi fitə basıblar.
Korner.az-ın məlumatına görə, ilk hissədən sonra artıq hesab 0:6 olarkən fasiləyə yollanan komandanı azarkeşlər əsəbi halda fitə basıb, onların lehinə şüarlar səsləndiriblər. Bu isə Allahverdiyevin xoşuna gəlməyib. Nəticədə Elnur fanatları, fanatlar isə Elnuru söyüblər. İkinci yarı başlayan kimi top hər dəfə müdafiəçiyə gəldikdə azarkeşlər futbolçunu fitə basırdılar.