“Kəpəz” 3 gündür ki, məşqləri davam etdirir. Komanda şəhər stadionunun əsas meydançasında hazırlıq keçir. Futbolçular əzmlə qarşıdakı turda qarşılaşacaqları “Qəbələ” ilə oyuna hazırlaşırlar”.
Korner.az-ın məlumatına görə, bunu “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov klubun rəsmi saytına açıqlamasında deyib.
Hücumçu qarşıdakı “Qəbələ” ilə oyuna ciddi hazırlaşdıqlarını deyib:
“İlk məşq günündə hazırlığımız əsasən bərpaedici oldu. Son 2 gün ərzində məşqlərimiz ağırlaşıb. Hamımız səylə məşq edib, çalışırıq. İnşallah, bunun bəhrəsini oyunda görə biləcəyik. Hər şey öz qaydasında gedir”.
Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” matçı noyabrın 19-da olacaq.