Skuffetin “Qarabağ”a keçidi alınmadı
26.07.2019 , 16:28

İtaliyanın “Udineze” klubunun qolkiperi Simone Skuffetin “Qarabağ”a keçidi alınmayıb.
Korner.az-ın məlumatına görə,Ağdam klubu qolkiperi icarəyə götürmək üçün 500 min avro təklif edib.”Qarabağ” qapıçını sonra birdəfəlik almaq istəsə də,bu təkliflə italyanların razılaşmadığı bildirilib.
Qeyd edək ki,qolkiper son mövsümü Türkiyənin “Kasımpaşa” klubunda keçirib.
