“Potensial rəqibvlərimiz arasında öz komandamızı hər zaman güclü saymışam. Püşk bizə “Neftçi”ni rəqib etdi. Yadımdı 2 il bundan əvvəl Antalyada yoxlama görüşündə üz-üzə gəlmişdik və oyun 1:1 hesabı ilə bitmişdir. Xatırlayıram ki, rəqib onda güclü komanda idi”.
Korner.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Skenderbu”in kapitanı Bled Skembi Albaniya mətbuatına açıqlamasında deyib.
Təcrübəli futbolçu hər şeyə rəğmən mərhələni adlamaq istədiklərini bildirib:
“Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, III mərhələyə keçən biz olaq. Fikrimcə, ilk oyun çox vacib əhəmiyyət kəsb edəcək və həmin oyundan çox şey aslı olacaq”.