UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah "Neftçi" ilə qarşılaşacaq Albaniyanın "Skenderbeu" klubu bu gün "Bakcell Arena"da keçirməli olan məşqə 15 dəqiqə gec çıxıb.
Korner.az-ın məlumatına görə, buna səbəb "Neftçi" fanatlarının stadionda olmasıdı. Belə ki, Korçe klubunun rəsmiləri fanatların tribunanı boşaltmasını istəyiblər. Bu baş verməyəcəyi halda məşqə çıxmayacaqlarını bildiriblər. Bundan sonra "Neftçi" fanatlarını arenadan çıxardıb və "Skenderbeu" məşqə çıxıb.