Son üç oyunda məğlub olan və “qara zolaq”dan çıxmağın planlarını cızan “Simurq” hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, dünən növbəti məşqinə çıxan komandada zədə səbəbindən “İnter”lə oyunda forma geyinməyən Anderson Oliveyra da iştirak edib.
Yalnız ailəvi problemlərinə görə icazəli olan Patrik Osiako dünənki çalışmalara qatılmayıb. Topaz Premyer Liqasının XXII turunda “Sumqayıt”ı qonaq edəcək komanda bu gün axşam saatlarında növbəti məşqinə çıxacaq.