Antalyada təlim-məşq toplanışında olan “Simurq” 3 yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, artıq Zaqatala klubunun rəqibləri müəyyənləşib.
“Simurq” yanvarın 16-da Almaniyanın “Felbert”, 3 gün sonra Rumıniyanın “Vasluy” klubları ilə qarşılaşacaq. Son rəqib isə Çinin “Şanxay Şenxua” klubu olacaq. Bu oyunun vaxtı hələ bəlli deyil.