Bu gündən etibarən yenidən bir araya gələn "Simurq" bərpa məşqinin ardından təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Korner.az-ın məlumatına görə, Zaqatala klubu ölkə xaricindəki hazırlıq prosesində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Artıq sparrinq-rəqiblərdən ikisi məlumdu. Belə ki, əvvəlcə "Antalyaspor"la qarşılaşacaq "Simurq"un ikinci rəqibi daha tanınmış klubdu. Şimal təmsilçisi Türkiyə nəhəngi "Beşiktaş"la üz-üzə gələcək.
Ancaq hələ oyunun vaxtı dəqiqləşməyib.
