Cari mövsümdə Topaz Premyer Liqasında məlum səbəblərdən ikinci dəfə doğma arenasında meydana çıxacaq “Simurq” növbəti görüşün hazırlıqlarını tamamlayaraq istirahətə çəkilib.
Korner.az-ın məlumatına görə, AZAL-ı qonaq edəcək Georgi Çixradzenin yetirmələri oyunöncəsi son məşqi bir saatdan artıq davam edib və əsasən toplu çalışmalardan ibarət olub.
Hazırlıq prossesində yalnız “təyyarəçilər”lə görüşdə sarı vərəqə limitini keçdiyinə görə forma geyinə bilməyəcək Nicat Qurbanov iştirak etməyib. Qalan futbolçular Çixradzenin sərəncamında olub və bu gün meydana çıxmağa hazırdı.
