DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində milli komandamızın səfərdə noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, biletlərin qiyməti 20-25 avro arasında dəyişir. Uşaqlar üçün biletlərin qiyməti isə 12,5 avrodur.
Qeyd edək ki, "Windsor Park" stadionunda keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.