big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Seyrə, yoxsa təzyiqə davam? (YAZI)

19.12.2014 , 10:53

“Qarabağ”ın İtaliyanın adlı-sanlı “İnter” klubu ilə matçı barədə müzakirələr səngimək bilmir. Görünən odur ki, həmin matçda hakimlik adına yaşanan rəzillik hələ uzun müddət istər yerli, istərsə də, xarici KİV-lərin gündəmini zəbt edəcək. Klubun UEFA-ya göndərdiyi rəsmi şkayət məktubu və azarkeşlərin sosial şəbəkələr vasitəsilə günlərlə bu quruma təzyiq göstərməsi nəticəsində artıq klubumuzun bir ümidi var. Belə ki, fevralın 5-nə təyin olunmuş məhkəmədən müsbət qərar çıxacağı halda, klubumuz yeni bir tarixi səhifə yazaraq Avropa Liqasının 1/16 finalında oynamaq hüququ qazana bilər. Təbii ki, bunun üçün “İnter”lə matçın yenidən keçirilməsi və “Qarabağ”ın qləbə qazanması lazımdır. Hər şeydən qabaq qeyd etməliyəm ki, məhkəmənin təyin olunması özü də böyük  uğurdur, çünki UEFA çox nadir allarda hakim qərarlarının rəsmi şəkildə müzakirəyə (!!!) çıxarılmasına icazə verir. Mənim şəxsi fikrimcə isə bu, baş aldatmaqdan başqa bir şey deyil.
Məhkəmənin iki ay sonraya təyin olunması da emosiyaların soyudulmasına və vaxt yubatmağa hesablanıb. Əminliklə deyirəm: həmin qurum istəsə bu məsələni 2-3 həftənin içində yoluna qoymağa qadirdir. “Qarabağ”ın vəkili xanım Qürur Günalın da bildirdiyi kimi, mövcud vəziyyətlə barışıb, ümidlə fevralın 5-ni gözləmək böyük səhv olardı. Təzyiqləri davam etdirmək və  məhkəmənin vaxtını mümkün qədər qabağa çəkməliyik.

Oyunun nəticəsinin 1:0 kimi qeydə alınması mümkün deyil. Çünki məlum məsələdir ki, “İnter”ə vurduğumuz qol qeydə alınsaydı, milanlılar oyuna mərkəzdən başlamalıydı. Üstəlik, ortada yoxa çıxan 48 saniyəlik bir zaman zərfi var. Bəlkə “İnter”in futbolçuları elə mərkəzdən komandamızın qapısına yol tapacaqdı? Ağlabatan yeganə məsələ görüşün yendən keçirilməsidir. Burda da yenə bəzi “əmma”lar var. Fevralın 19-u 1/16 final mərhələsinin ilk görüşləri keçiriləcək. Arada qalan 14 gün ərzində münasib vaxt tapmaq çətin, hətta mən deyərdim ki, mümkünsüz məsələdir. Ona görə də nəyin bahasına olursa-olsun, məhkəmənin yanvarın ilk 20 günlüyünə salınmasına nail olmalıyıq. Həmin ərəfədə milli çempionatda fasilə olacağını nəzərə alsaq, futbolçularımız “İnter” qarşısına yorğun vəziyyətdə çıxmayacaq.

Tarixə nəzər salsaq, görərik ki, UEFA və FİFA öz işçilərinə (eləcə də hakimlərinə) xüsusi həssaslıqla yanaşan qurumlardır. Bu yaxınlarda saytımıza açıqlama verən Anar Salmanovun da bildirdiyi kimi, bu qurumlar üçün nüfuzlarına xələl gəlməməsi daha önəmlidir, nəinki idmanın ədalət və əxlaq prinsipləri.  UEFA və FİFA hakim səhvinə görə şikayətləri rədd edir (oyun nəticəsinə birbaşa təsir etsə belə).  Belə məqamda bəlkə də çoxları DÇ-2006 seçmə mərhələsində Asiya zonası üzrə keçirilən Özbəkistan- Bəhreyn, həmçinin ötən il Türkiyə superliqasında keçirilən “Kasımpaşa” – “Beşiktaş” görüşünün yenidən keçirilməsini xatırlayıb, ümidlənə bilər Lakin dərinə getsək, görərik ki, həmin görüşlər hakim qərarları sırf futbol qaydalarına zidd olduğu üçün yenidən keçirilmişdi. Belə deyək, ədalət təmsilçisi “ağ”a “qara” deməsi fonunda oyunun yenidən keçirilməsinə zərurət yaranmışdı. Etiraf edək ki, oyundankənar vəziyyət, verilməyən penalti kimi məsələlər hakimin şəxsi səhvi hesab olunur və əslinə qalsa, belə hallar hər 4-5 oyundan müşahidə olunur. Belədə yeganə ümid hakimin özünü itirməsi nəticəsində görüşdə havaya gedən 48 saniyəni nəzərə almamasıdır. Düzdür, basketboldan fərqli olaraq futbolda 48 saniyə çoxlarına heç nə deməyə bilər, amma fakt budur ki, Zelinka həzrətləri boşa getmiş vaxtı nəzərə almalıydı. Ona görə də boş durmayıb, istər azarkeşlər, istərsə də rəsmilər  səviyyəsindəUEFA-ya olan təzyiqi davam etdirməliyik. Yoxsa fevralın 5-i “ Futbolda xırda vaxt itkiləri nəzərə alınmır. Əsas olan ümumi 90  və artırılan dəqiqələrin başa çatmasıdır” açıqlamasını eşitsəz, təəccüblənməyin.

P.S. Burda Platini müəllimin sözləri yada düşür: “ Futbolda t yeni texnologiyaların tətbiqi nəyə gərəkdir? O, hakim səhvləri ilə gözəldir”. Belə “gözəlliyi” və federasiya prezidentini itirim, heç axtarmayım…

Ürfan Məmməd

Son yazılar

To Top