Şeydayevli “Dinamo” qalib gəldi
23.11.2019 , 21:45
Rusiya Premyer Liqasında XVII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Dinamo” “Rostov”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Ramil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Dinamo” 17 turdan sonra 21 xalla 7-ci pillədə qərarlaşır.