Paşayev oynadı, “Aleksandriya” qalib gəldi
23.11.2019 , 19:50
Ukrayna Premyer Liqasında XV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda “Zarya” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 15 turdan sonra 27 xalla 5-ci pillədə qərarlaşıb.