“Seltik”dən “Bayer”ə
28.01.2021 , 16:45
“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Seltik”dən Jeremi Frimponqu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı niderlandlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.