“Latsio”dan yeni transfer
28.01.2021 , 17:30
“Latsio” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, paytaxt klubu “Milan”ın müdafiəçisi Mateo Musakkionu transfer edib.
Bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb. Transferin detalları açıqlanmayıb.
Qeyd edək ki, Musakkio 2017-ci ildən “Milan”da çıxış edirdi.