big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

“Seltik”: zəifləmiş Avropa nəhəngi – YAZI

27.07.2015 , 06:49

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro tƏmsilçisi “Rudar”ı iki oyunun nəticəsinə əsasən (Bakıda 0:0, səfərdə 1:0) məğlub edərək hər birimizə sevinc dolu anlar yaşatdı. Əlbəttə, “Rudar”ı səviyyə və heyət baxımından “Qarabağ”la eyni tərəziyə qoymaq olmaz, buna görə də eyforiyaya qapılmadan böyük məsuliyyətlə növbəti görüşlərə hazırlaşmaq lazımdır. Çünki bizi qarşıda daha təhlükəli və ciddi rəqib gözləyir. Belə ki, ağdamlılar III təsnifat mərhələsində  Avropanın ən köklü və sayılıb-seçiilən klublarından biri olan “Seltik”(Şotlandiya) ilə qarşılaşacaq. Doğrudur, “Qarabağ” “Seltik” səddində ilişəcəyi təqdirdə belə, Avroliqanın “pley-off”una vəsiqə qazanac aq. Amma dostlar,  Avropanın 1 nömrəli futbol turnirində “pley-off”, Azərbaycan azarkeşinin heç vaxt dadmadığı  əsl Çempionlar Liqası həyəcanıdır. Reallıqdan nə qədər uzaq görünsə də, “köhlən atlar” Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanacağı halda, 12 milyon avro irəli düşəcək ki, bu “Qarabağ”ın hazırkı heyət dəyərindən (11 milyon avro) belə çoxdur. Rəqibin adının yaradacağı narahatlığa ehtiyac yoxdur, bu klub əvvəlki günlərindən çox uzaqdır. “Qarabağ” bütün gücünü ortaya qoysa,  “Seltik” keçməyə qadirdir ki, fikrimi yazının gedişində əsaslı arqumentlərlə əsaslandırmağa çalışacam. Elə isə sözü çox uzatmadan, komandanın vizit vərəqi ilə tanış olaq.

Tam adı: The Celtic Football Club
Yaranma tarixi: 6 noyabr, 1888-ci il
Ləqəbləri: The Boys (Oğlanlar), The Hoops (Zolaqlılar), The Celts (Keltlər)
İstifadə etdiyi forma: 
Stadionu: “Seltik Park”(tutumu: 60,411)
Prezidenti: İan Bankiyer
Baş məşqçisi: Ronni  Deyla

Uğurları: 46 dəfə Şotlandiya çempionu: (1892–93, 1893–94, 1895–96, 1897–98, 1904–05, 1905–06, 1906–07, 1907–08, 1908–09, 1909–10, 1913–14, 1914–15, 1915–16,1916–17, 1918–19, 1921–22, 1925–26, 1935–36, 1937–38, 1953–54, 1965–66, 1966–67, 1967–68, 1968–69, 1969–70, 1970–71,1971–72, 1972–73, 1973–74, 1976–77, 1978–79, 1980–81, 1981–82, 1985–86, 1987–88, 1997–98, 2000–01, 2001–02, 2003–04,2005–06, 2006–07, 2007–08, 2011–12, 2012–13, 2013–14, 2014–15), 36 dəfə Şotlandiya kubokunun qalibi:( 1891–92, 1898–99, 1899–1900, 1903–04, 1906–07, 1907–08, 1910–11, 1911–12, 1913–14, 1922–23, 1924–25, 1926–27, 1930–31, 1932–33, 1936–37, 1950–51, 1953–54, 1964–65, 1966–67, 1968–69, 1970–71, 1971–72, 1973–74, 1974–75, 1976–77,1979–80, 1984–85, 1987–88, 1988–89, 1994–95, 2000–01, 2003–04, 2004–05, 2006–07, 2010–11, 2012–13) 15 dəfə Şotlandiya Liqa Kubokunun qalibi: (1956–57, 1957–58, 1965–66, 1966–67, 1967–68, 1968–69, 1969–70, 1974–75, 1982–83, 1997–98, 1999–2000, 2000–01, 2005–06, 2008–09, 2014–15) UEFA Çempionlar Kubokunun qalibi: (1966-67), Çempionlar Kubokunun finalçısı: (1969-70), UEFA Kubokunun finalçısı:(2002-03) 

Rəsmi saytı: www.celticfc.net

Düzdür, bu komanda son illər öz ölkəsinin təkzibolunmaz “hegemonu”dur,  amma fraqmana baxaraq filmə qiymət vermək olmaz.  Əgər “Seltik”də öz ölkəsindəki bütün titulları “silib-süpürürsə” bu onun gücünun yox, digər klubların zəifliyinin nəticəsidir.  Buna qədər komandanın “Qlazqo Reyncers” kimi rəqibi  var idisə, “ikincilər”in 2012-ci ildə üzləşdikləri məlum maliyyə problemləri üzündən 4-cü liqaya yuvarlanmaları hər şeyi alt-üst elədi. “Seltik”in Avropa arenasındakı son ilinə nəzər yetirəndə geriləmə dəhal hiss olunur. Təbii ki, həmin vaxt “Qlazqo Reyncers”in iflasına sevinən “Seltik” cameəsi bunun əks nəticələr doğura biləcəyini nəzərə almamışdı.    

“Seltiik”in ötən mövsüm vurduğu 138 qolda (95 Şotlandiya çempionatı, 13 Şotlandiya kuboku, 12 Şotlandiya Liqa Kuboku, 18 avrokuboklar) 12 fərqli futbolçunun imzası var. Bunlar arasında Legin Qrifithisin adı dərhal nəzərə çarpır. Ötən mövsüm “Seltik”in heyətində ümumilikdə 20 dəfə rəqib qapılarını silkələyən Qrifithisə “köhlən atlar” xüsusi diqqət yetirməlidir. Cəmi 24 yaşı olan Legin keçən ilin yanvarında “Vulverhempton”dan Şotlandiya təmsilçisinin heyətinə cəlb olunub. Hücumun mərkəzində və sağ cinahında oynayan futbolçu ehtiyac olduqda hücumameyilli yarımmüdafiəçi kimi də klubuna kömək edə bilər (dəyəri: 1 milyon avrodur). Komandanın digər təhlükəli futbolçusu isə şotlandiyalı Kris Kommonsdur. Ötən mövsüm Legindən sonra ən çox qol vurmuş (16 qol) Kommons həm də “Seltik”in ən çox asistə imza atmış (7) futbolçusudur. 31 yaşlı yarımmüdafiəçi əsasən sol ayağından istifadə edir. Onun hazırkı heyət dəyəri isə 3.50 milyon avroya bərabərdir.  Sözügedən futbolçu karyerası ərzində “Stok Siti”, “Nottingem Forest”, “Derbi” kimi klublarda çıxış etdikdən sonra 2011-ci ildə “Seltik”ə gəlib. Klubun kapitanı isə 30 yaşlı Skot Braundur. Yarımmüdafiənin bir çox bölgələrində oynamağı bacaran Braun artıq 8 ilə yaxındır ki, “Seltik”in şərəfini qoruyur. Hər iki ayağından istifadə edə bilən futbolçunu jazırkı dəyəri 4,50 milyon avro civarında qiymətləndirilir. 

Rəqib ilə bağlı bəzi statistik məlumatlara gəlincə, “Seltik” heyət dəyərinə (47 milyon 780 min avro)  görə Şotlandiyada şəriksiz liderdir. Baş məşqçiinin sərəncamındakı 29 futbolçudan 18-i legionerdir (62,1%). 12 futbolçu isə müxtəlif milli komandaların da şərəfini qoruyur. Klubdakı futbolçuların yaş ortalaması 25,1-ə bərabərdir. “Seltik”də 1 faiz səhmə sahib olmaq istəyən şəxs isə 1,65 milyon avrosundan keçməlidir. 

Komandada artıq 1 ildir ki, baş məşqçi vəzifəsini norveçli Roni Deyla  icra edir. O bu postu Nil Lennondan təhvil alıb. Roninin cəmi 39 yaşı olduğunu nəzərə alsaq, yetərincə böyük gələcək vəd edir. O, “Seltik”ə qədər yalnız  öz ölkəsində “Stromgodset” klubunda (2008-2014( baş məşqçi kimi çalışıb. Təbii ki, bu amilin onda böyük stimul mənbəyi olmasını da gözardı etmək olmaz. Onun “Seltik”dəki göstəriciləri belədir: 50,6% qələbə, 19,1% heç-heçə, 30,3% faiz məğlubiyyət. UEFA PRO kateqoriyalı lisenziyasına sahib olan Deyla ötən mövsüm  46 görüşdə 4-2-3-1,  6 görüşdə 4-4-2,  3 görüşdə 4-3-3,  digər 3 görüşdə isə 4-5-1 taktiki sxemindən istifadə edib. Norveçlinin ötən mövsüm ən çox şans verdiyi 3 futbolçu bunlardır: 
 
Şotlandiyalılarla bağlı daha bir diqqətçəkən məqam heyətlərindəki futbolçuların bir çoxunun uzunboylu olmasıdır. “Köhlən atlar” bu amili öz lehinə çevirə bilər. “Qarabağ” yerlə top ötürmələrinə üstünlük verəcəyi təqdirdə 2-ci mərtəbədə güclü olan şotlandların işini xeyli çətinə sala bilər.
Düzdür, bir çoxları “Seltk”in böyük Avropa təcrübəsinə sahib olmasını qabarda bilər, bu amillə razılaşmamaq da mümkün deyil. Digər tərəfdən, “Qarabağ” da südəmər uşaq deyil axı. Heç kimə zarafat gəlməsin, komandamız son 6 ildə “Salzburq”, “Dnepr”, “Tvente”, (2 dəfə) “İnter”, “Borussiya” (Dortmund), “Brügge”, “Visla”, “Sent Etyen”, “Ayntraxt” (Frankfurt), “Rusenborq”  kimi komandalarla başa-baş mübarizə aparıb. “Seltik”in ötən mövsüm meydandankənar amillər üzündən keçə bilmədiyimiz “Zalsburq”dan, hakim səhvi üzündən məğlub edə bilmədiyimiz “İnter”dən, səfərdə 1-0 hesabı ilə məğlub etdiyimiz, başa vurduğumuz mövsümdə Avroliqanın finalına qədər irəliləməyi bacaran “Dnepr”dən artığı yox, əskiyi var. Daha bir maraqlı məqamı da nəzərinizə çatdırım ki, sözügedən komandalardan “Zalsburq” (Avropa Liqasının qrup mərhələsində) və “İnter” ilə (Avropa Liqasının 1/16 finalında) “Seltik” də qarşılaşmalı olub. Sözügedən görüşlər isə müvafiq olaraq, 2:2, 1:3 və 3:3, 0:1 hesabları ilə başa çatıb. 

Gələnlər:
 

Gedənlər:

 

“Seltik”in buna qədər keçirdiyi görüşlər:

YO 1 iyul, 2015 “Seltik”- “Den Boş” 2:0
YO 4 iyul, 2015 “Seltik”- “Dukla”(Çexiya) 3:5
YO  10 iyul. 2015 “Seltik”- “Real Sosyedad” 1:0
YO  18 iyul, 2015 “Eybar”- “Seltik” 1:4
YO  25 iyul, 2015 “Seltik”- “Renn” 2:0

ÇL II təsnifat mərhələsi, 15 iyul, 2015 “Seltik”- “Styarnan” 2:0
ÇL II təsnifat mərhələsi, 22 iyul, 2015 “Styarnan”- “Seltik” 1:4

 

“Seltik” “Styarnan”la cavab qarşılaşmasında bu taktiki sxemdən istifadə edib:

 

 

“Köhlən atlar” “Seltik”lə bu tarixlərdə qarşılaşmalı olacaq:

29 iyul, 2015 “Seltik”- “Qarabağ”
5 avqust, 2015 “Qarabağ”- “Seltik”

Ürfan Məmmədzadə

Son yazılar

To Top