Ukrayna Premyer Liqasında çıxış edən “Şaxtyor” növbəti transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Donetsk təmsilçisi Braziliyanın “Atletiko Mineiro” klubunun 20 yaşlı yarımmüdafiəçisi Bernardla 5 illik müqavilə imzalanıb. “Şaxtyor” bu transfer üçün 25 milyon avro ödəyib. Bernard “Atletiko Mineyro” forması ilə indiyə kimi 73 matça çıxıb və 16 qol vurub.