“Sauthempton”nun müdafiəçisi Nataniel Klayn karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar” ingilis sağ cinah müdafiəçisini transfer etmək niyyətindədi. Klublar arasında razılıq əldə olunub. Təklifi gənc futbolçunun özünün qəbul etməsi gözlənilir.
Qeyd edək ki, Klayn ilə Mançesterin digər klubu “Siti” də maraqlanırdı.