Qış transfer "pəncərəsi"ndə "Neftçi"dən göndərilməsi gözlənilən Saşa Yunisoğlu ona hələ bu haqda heç nə deyilmədiyini bildirib.
Bu barədə Korner.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü özü məlumat verib. Müdafiəçi "Neftçi"də qalmaq istədiyini, ancaq göndəriləcəyi təqdirdə yeni klubunda daha uğurlu çıxış edəcəyini bildirib:
"Mənə göndəriləcəyim haqda ancaq mətbuatda yazılır. Klubdan bu haqda mənə nə isə deməyiblər. "Neftçi" mənim uşaqlıqdan formasını geyinmək istədiyim klub idi və buna da, nail oldum. Burda özümü yaxşı hiss edirəm. Ancaq gööndərilib-göndərilməmə ayın 5-də aydınlıq gələcək. Böyükağa Hacıyev mənə şans verəcəyini dedi. Ancaq hələ də, şans verilmədi mənə".