Sarri: “Bizim üçün bu mövsüm…”
29.04.2019 , 16:26

“Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri “Mançester Yunayted” ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
“Old Trafford” stadionunda oynamağın çətin olduğunu deyən italiyalı mütəxəssis yaxşı mövsüm keçirdiklərini vurğulayıb.
“Mançester Yunayted”a qarşı səfərdə oynamaq həmişə çətin olub. Hazırda 4-lük uğrunda mübarizə aparırıq. Avropa Liqasında yarım finala vəsiqə qazanmışıq. Ən yaxşı mövsümlərimizdən birini keçiririk.”
Qeyd edək ki, “Mançester Yunayted” – “Çelsi” görüşü 1:1 hesabı ilə başa çatıb.
