Sane “Bavariya”da qalacaq?
15.04.2024 , 20:09

“Bavariya” futbolçusu Leroy Sane ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub oyunçunu komandada saxlayacaq.
Bundesliqa təmsilçisi hücumçu ilə yeni müqavilə bağlamaq istəyir.
28 yaşlı futbolçu da bu komandada qalmaqda istəklidir.
O, bu mövsüm 38 matçda 9 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
