Samir Məsimov yenidən Rusiya klubunda
04.09.2019 , 19:47
“Keşlə”dən ayrılan Samir Məsimov Rusiyaya qayıdıb.
Korner.az xəbər verir ki, futbolçu Rusiyanın “Olimp” klubuna transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb.
Samir Məsimov Azərbaycanda “Neftçi”, AZAL və “Keşlə” kimi klublarda çıxış edib.