“Şalke”dən yeni transfer
02.02.2021 , 18:16
“Şalke” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Arsenal”dan Şkodran Mustafini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Mustafi 2016-cı ildən “Arsenal”da çıxış edirdi.