“Barselona”dan Fransa klubuna
02.02.2021 , 19:02

“Nitsa” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Nitsa” 21 yaşlı futbolçunu satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.
