“Qalatasaray”dan qalmaqallı şəkildə ayrılan Fatih Terim baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verəcək.
Korner.az-ın məlumatına görə, “İmperator” media mənsubları qarşısına çıxacaq.
Terim mətbuat konfransını bu həftə keçirməyi planlaşdırsa da, hələ ki konkret gün müəyyənləşdirməyib.