big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Sadıq Sadıqov: “Bu gün “Qarabağ” Azərbaycanda yekdir” – MÜSAHİBƏ

14.07.2015 , 15:34

“Neftçi” futbol klubunun Müşahidə Şurasının üzvü və sabiq prezidenti Sadıq Sadıqovun “Report”a müsahibəsi

– “Neftçi”nin Monteneqroda “Mladost”la oyunlarını izlədiniz?

– Televiziya vasitəsilə həm Bakıdakı, həm də Podqoritsadakı oyunu izlədim. Bu gün hamımız bilirik ki, “Neftçi”də gəncləşdirmə siyasəti gedir. Oyunda uğursuzluq da oldu, top qapı çərçivəsinə dəydi və qapıdan keçmədi. Komandanın bəxti gətirmədi. Yoxsa “Mladost” keçiləsi komanda idi. Bu idmandır. Görək gələcəkdə necə olacaq…

– Oyunu izləməyə rəhbərlikdən gedən olmamışdı. O cümlədən Müşahidə Şurasının sədri Çingiz Abdullayev…

– Niyə getmədiyini Çingiz müəllimdən soruşun (gülür).

– Sizcə, komandada ciddi transferlərə ehtiyac var?

– Əgər gəncləşdirmə siyasətini seçiblərsə, “Neftçi”də cavanlarla birgə oynamağı bacaran Kaue, Erik Ramos kimi legionerlər var. Düzdür, yeni transferlər ilk oyunda kömək edə bilmədilər. Ancaq cavab oyununda Kaue əlindən gələni etdi, oyunu da yaxşı alındı. Gənc futbolçulara gəlincə, elələri var ki, keçən il “Neftçi”nin əsas heyətində oynayırdılar. Samir Məsimov ötən il Araz Abdullayevi əsas heyətdən çıxarmışdı, Ruslan Qurbanov legioner həyatı yaşadı, gəldikdən sonra hiss olunur ki, inkişaf var. Cavid İmamverdiyev Türkiyədə idi, onun gücündən istifadə etmək olar.

– Baş məşqçi Samir Əliyev üçün çətin deyil?

– Həyatda asan nə var ki?! Samir Əliyev ilk öncə futbolçulara özünü tanıtdırmalıdır. Mən inanıram ki, onda o perspektiv var. Qurban Qurbanov necə yetişdi?! Bu gün Samir öz üzərində çalışmalı, mütaliə etməli, futbolçularla görüşməlidir. Özünü qayğıkeş məşqçi kimi göstərməlidir. Nəinki özünü göstərməli, elə etməlidir ki, hər bir futbolçu meydanda ürəyini qoysun.

– Avrokuboklarda hansı komandamızdan uğur gözləyirsiniz?

– “Qarabağ” bəllidir. Bu gün “Qarabağ” Azərbaycanda yekdir. Bu danılmazdır. “Qəbələ”dən uğur gözləyirəm. Bir neçə gün oncə “Qəbələ”nin üzvlərini gördüm. Onlara “Bu il növbə sizindir” dedim. Doğrudan da “Qəbələ”nin böyük heyəti var, futbolçulara da diqqət, qayğı çox gözəldir. Kollektiv tam formalaşıb, bir-birilərinə hörmət bəsləyirlər, ab-hava çox gözəldir. “Qəbələ” Avroliqada “pley-off”a çıxa, hətta qrupa da düşə bilər. Çox gözəl məşqçiləri var. Öz üzərlərində bir az da işləsələr, əla olar. Keçən il gördünuz ard-arda neçə qələbə qazandılar, “Neftçi”ni də keçib 3-cü oldular. “İnter”ə gəlincə, məlum olduğu kimi, bu komandanın vəziyyəti yaxşı deyil. İnanıram ki, onlar da “pley-off”a qədər irəliləyəcəklər. Ondan sonrası bir az çətin olacaq.

Son yazılar

To Top