big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Sadə Nazim və sadəcə bizim Nazim

17.02.2015 , 11:20

– Kuda zabil, Sulya?
– Ay gözəl insaaann. “V devyatku!”

Bu, Nazim Süleymanova hər telefon zəngimdə ilk sözlərimizdir. 2009-cu ildə – 44 yaşının tamam olduğu gün “Futbol dünyası” qəzeti üçün aldığım 3 hissəli müsahibədən yaddaşımda ilişib qalan və yəqin ki, ömrümün sonunadək ordan silinməyəcək xatirədir bu sözlər.

…Şimali Osetiyanın Nazirlər Şurasının sədri Valeri Xetaqurov “Alaniya”nın qalib gəldiyi oyundan sonra paltardəyişmə otağına girir və Süleymanovdan soruşur: “Kuda zabil, Sulya?” Süleymanov kənd uşağıdır axı, bütün kənd uşaqlarında olan utancaqlıqla susur. Kapitan İnal Cioyev irəli çıxır və deyir: “Pryamo v devyatku Valeri Qriqoryeviç”. “Doqquzluğa” vurduğu qol qarşılığında Nazimə “Alaniya”da ilk böyük mükafatı – VAZ 2109 verilir. Sonralar həmin “09” “Mersedes”ə “çevrilir”, özünə fəxri vətəndaş adı verilir və s.

…Süleymanov haqqında 1 yazıya sığmayacaq qədər danışılacaq, yazılacaq futbolçudur, insandır. Mənim üçün dünya futbol masasına qoya biləcəyimiz üç milli brendimizdən biridir: hakimlikdə Tofiq Bəhramov, məşqçilikdə Qurban Qurbanov və futbolçu kimi Nazim Süleymanov. Və təəssüf, biz onun qədrini bilmədik və bilməməkdə davam edirik. Çünki Nazim açıq sözlüdür, qarşı tərəfin də belə olmasını istəyir. Ancaq nədənsə çalışdığı klublarda özü kimi bütöv sözlü rəhbərlər tapmadı. Tapmadıqca da getdi…

…Lənkərana böyük futbolu qaytardı. Klub formalaşanadək komandanı Cəlilabadda, Sumqayıtda qurdu. Və “meyvələri dərmək” günü gələndə keçmişi yaddan, Süleymanovu işdən çıxartdılar. “Nefçi”yə baş məşqçi təyin olunanda “nəhayət, “Neftçi” illər əvvəl ona qarşı etdiyi haqsızlığı etiraf etdi və əfsanə geri döndü”, – deyə düşünmüşdüm. Ancaq təəssüf, “Neftçi” rəhbərliyi verdiyi sözü, razılaşdığı şeyləri 3-4 ayın içində unutdu və gülünc bəhanə ilə istefaya məcbur etdi. Və ən qəribəsi, o getdi, özü ilə gətirdiyi Səmədağa Şıxlarov qaldı. Nankorluğun rəngi olmur axı – istər ağ-qara olsun, istər ağ-yaşıl…

…Süleymanov işsizdir. Çünki vaxtında “sağ olsun Elxan müəllim, sağ olsun Sadıq müəllim, mənə iş verdi” – demədi. “Sağ olsun Berti Foqts, Azərbaycan futbolunu qaldırdı, ABŞ yığmasının dünya çempionatında uğurlu çıxışında böyük pay sahibidir” – deməyə məcbur edildi, işsizliyi seçdi, amma demədi. Çünki…

…Bağışla onları, Nazim. Sən axı heç vaxt onların olmadın. Sən həmişə bizim Nazim oldun axı!

…Yubiley ad günün mübarək, “Sulya”!

Son yazılar

To Top