“Sabah” növbəti mərhələdə!
03.08.2023 , 22:00

Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, “Sabah” ikinci görüşdə RFŞ-ni (Latviya) qəbul edib.
Görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib. Bununla da “Sabah” növbəti mərhələyə yüksəlib.
Komandalar arasındakı ilk oyunda “Sabah” qələbə qazanıb – 2:0.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust
20:00 Sabah – RFŞ (Latviya) – 2:1
İlk oyun – 2:0
