“Sabah”ın qış planı
22.12.2021 , 17:16
“Sabah”ın qış hazırlıq planı bəlli olub.
Korner.az xəbər verir ki, komandanı məşqlərə yanvarın 6-da Bakıda başlayacaq.
“Ağ-göylər” ayın 12-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. Antalya toplanışı yanvarın 26-na kimi davam edəcək.
Türkiyədəki təlim-məşq toplanışı müddətində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər hələlik dəqiqləşməyib.