“Sabah”ın böyükhesablı qələbəsi
24.12.2022 , 13:34
“Sabah” tarixinin ən böyükhesablı qələbəsinə imza atıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna Azərbaycan Premyer Liqasının XVIII turunda ötən gün “Sumqayıt”la görüşdə nail olub.
“Sabah” rəqibini 6:0 hesabı ilə məğlub edib. Bu, 2017-ci ildə yaradılan klubun tarixində ən böyükhesablı qələbədir.
Komada hazırda turnir cədvəlində 43 xalla 2-cidir. Onlar lider və 1 oyun az keçirən “Qarabağ”dan 4 xal geri qalırlar.