“Sabah”dan yeni transfer
24.12.2020 , 14:27

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.
Müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib. Bəxtiyar yeni komandasında 34 nömrəli formada çıxış edəcək.
