“Sabah”dan heç-heçə, “Zirə”dən qələbə
04.09.2022 , 22:40
Bu gün Misli Premyer Liqasında V tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.
Geridə qalan 4 turda qələbə qazanan “Sabah” bu dəfə “Səbail”i sınağa çəkib. Görüş 0:0 hesablı heç-heçə ilə bitib.
Turun son matçı Mərdəkanda olub. “Zirə” “Qəbələ”ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Misli Premyer Liqası
V tur
4 sentyabr
Sabah – Səbail – 0:0
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov
Hakim-inspektor: Orxan Məmmədov
“Bank Respublika Arena”, 18:00
Zirə – Qəbələ – 2:1
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
“Dalğa Arena”, 20:30