“Sabah” “Səbail”ə qalib gəldi
14.01.2021 , 19:16
Qış təlim-məşq toplanışını davam etdirən “Sabah” yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi paytaxtın digər klubu “Səbail”lə qarşılaşıb.
Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyunun taleyini bir qol həll edib. “Səbail”in hücumçusu Rauf Əliyevin vurduğu avtoqol “Səbail”ə qələbə qazandırıb.
Yoxlama oyunu
14 yanvar
“Sabah” – “Səbail” – 1:0
Qol: Rauf Əliyev, 53 (öz qapısına)