“Sabah” Antalyaya getdi
02.01.2019 , 18:00
Premyer Liqamızın debütantı “Sabah” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Bu gün səhər saatlarında Bakıdan çarter reysi ilə Antalyaya yola düşən komanda yerli vaxtla saat 11:00-da mənzil başına çatıb.
Xatırladaq ki, “Sabah” Antalya toplanışı yanvarın 23-dək davam edəcək. Komanda bu müddət ərzində 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.