"AZAL-nan oyunda qol imkanlarımız oldu. Qarşılıqlı hücumlar olsa da yararlanmaq mümkün olmadı".
Bu sözləri Korner.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Şəhriyar Xəliov deyib. Gənc futbolçu bu gün "Bakı"ya qarşı keçirəcəkləri vacib oyundan da danışdı:
"Bu gün çalışıb qələbə qazanmalıyıq. Bu oyun bizə çox lazımdı. Çünki "Bakı"nın bizdən iki xal geri olmasına baxmayaraq, onların ehtiyatda daha iki oyunu var. Ona görə də, bu oyunda yalnız qələbə qazanmaq haqda düşünürük".