“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
Paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”la yollarını ayıran Vüqar Bəybalayevi sıralarına qatıb. Artıq tərflər rəsmi müqaviləyə imza atıblar. Gənc yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, “Səbail” klubu daha öncə Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Orxan Əliyevi heyətinə qatıb