RƏSMİ: Çempionlar Liqasında VAR!
27.09.2018 , 16:16
UEFA VAR sisteminin (Video assistant referee) gələn mövsüm Çempionlar Liqasında tətbiqinə qərar verib. Videotəkrar texnologoiyası UEFA-nın bayrağı altında keçirilən yarışlarda tətbiq olunacaq.
2019-cu ildə keçiriləcək UEFA Super Kuboku matçında VAR ilk dəfə UEFA-nın yarışlarında istifadə ediləcək. Çempionlar Liqasında 2019/20, Avropa Liqasında isə 2020/21-ci il mövsümündə VAR tətbiq olunacaq.
AÇ-2020-nin final mərhələsində də VAR sistemi olacaq. UEFA Millətlər Liqasında isə 2021-ci ildən VAR-ın yardımına ehtiyac duyulacaq.