big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

Rüstəm Qasımov rekord yeniləyərək Avropa birinciliyinin qalibi oldu

24.09.2017 , 13:55

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürür. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.

Onlardan ikisi – Murad Əliyev və Rüstəm Qasımov artıq körpücük üzərinə çıxıblar. Onların hər ikisi 15 yaşlı atletlərin 56 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulublar.

Murad Əliyev birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğursuz başa vuraraq bu hərəkəti sıfır nəticə ilə bitirdi. O, təkanla qaldırma hərəkətində 105 kq-ı ram etməyi bacardı və bu hərəkətdə 9-cu oldu.

Rüstəm Qasımov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. Ardıcıl olaraq, 92, 96 və 100 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropanın ən yaxşısı oldu. Üstəlik, 100 kq-ı başı üzərinə qaldırmaqla birdən qaldırma hərəkətində türkiyəli Toptaş Caner məxsus olan Avropa rekordunu (99 kq) yeniləməyi bacardı.

Rüstəm təkanla qaldırma hərəkətində də möhtəşəm çıxış etdi. Qasımov növbə ilə 112, 118 və 121 kq-ı başı üzərinə qaldırmaqla bu hərəkətdə Avropada hamıdan yaxşı olduğunu sübut etdi.

Toplamda 221 kq (100+121) nəticə əldə edən Rüstəm Qasımov yeniyetmələr arasında Avropa birinciliyinin qalibi adını qazandı!

Xatırladaq ki, ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən Avropa birinciliyində 50 kq çəki dərəcəsində çıxış etmiş və bürünc medala layiq görülmüş Rüstəm, bu il daha yaxşı nəticə əldə etməyi qarşısına məqsəd qoymuşdu. Hələ bu ilin fevralında yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olanda sentyabrda Avropa çempionu olmaq istədiyini bildirmiş, inamını qeyd etmişdi. Çox sevindiricidir ki, gənc atletimiz bu arzusunu yerinə yetirdi.

Son yazılar

To Top