big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

Rüstəm İmanzadə Kiprdə layiqli mübarizə apardı

24.11.2014 , 13:38

Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Dünən perspektivli idmançılarımızdan Rüstəm İmanzadə kişilərdə 62 kq çəki dərəcəsində mübarizə aparıb.

Əvvəlcə qeyd edək ki, yaşı çox az olmasına baxmayaraq, böyük uğurları olan atletimiz bir çoxlarına nümunə olacaq qələbələr qazanıb. O, ötən il Litvada, yaşı 15-ə qədər olan oğlanların yarışında Avropa çempionatının 62 kq çəki dərəcəsində toplamda 233 kq-ı (103 kq + 130 kq) ram etmişdi. İmanzadə Avropa çempionluğunu ən yaxın izləyicisini 26 kq (!) qabaqlayaraq qazanmışdı. Azərbaycan Kubokunun qalibi, yeniyetmələrin dünya birinciliyində 5-ci yerin sahibi, 3-cü Beynəlxalq Rumi Uşaq İdman Oyunlarının qızıl medalçısı, yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionu titullarını daşıyan atlet, Klaypedada Sinkleyr cədvəli üzrə 345,72 xalla Avropa birinciliyinin ən yaxşı idmançısı da seçilmişdi.

İmanzadənin “Zirvə” İdman Klubunun 8-ci Kuboku və “Zirve İnternational Sport Clubs”ın Dünya Çempionatında körpücük üzərindəki nəticələrini də qeyd etmək gərəkdir. Rüstəm, yaşı 17-yə qədər olan idmançıların mübarizəsində birdən qaldırmada 120 kq, təkanla qaldırmada isə 140 kq nəticə nümayiş etdirdi. O bunu avqustun 18-də etdi. Cəmi bir gün sonra, paralel keçirilən Olimpiadada qızıl medala layiq görülən şimali koreyalı Pak Jonqyu birdən qaldırmada 120 kq, təkanla qaldırmada isə 143 kq nəticə göstərdi. İmanzadənin çəkisinin rəqibindən təxminən 1 kq yüngül olması da unutmaq olmaz. Əminliklə söyləmək olar ki, idmançımız Nankindəki yarışa qatılsaydı, Azərbaycan ağır atletikası daha bir Olimpiya çempionunu qazanacaqdı. Klubumuzun Dünya Çempionatının vaxt olaraq məhz bu günlərə salınmasının məqsədi də bunu hamıya göstərmək, itirilən şansın necə böyük olduğunu ortaya qoymaq idi.

Rüstəm özünü həqiqi çempion kimi göstərdi. Əzmkarlığına şübhə olmayan gənc atletin Olimpiya qələbəsi istəyi o qədər böyük idi ki, yarışın keçirildiyi Nanjing şəhərinin adını və Olimpiya Oyunlarının emblemini qoluna döydürmüşdü. Hər yanaşmasından sonra o döyməni göstərən idmançımız, bununla dünyanın ən yaxşısı adını qazanmağa layiq və hazır olduğuna işarə edirdi.

Cəmi 16 yaşı olan Rüstəm ən kiçik yaşlarından “Zirvə” İdman Klubunun yarışlarından iştirak edərək uğurlarını sıralayıb. Zona, final və kubok yarışlarında, həmçinin Respublika birinciliklərində müvəffəqiyyətlərə nail olan İmanzadə, böyük potensialını ilk günlərdən göstərmişdi. Onun “Zirvə” İdman Klubunun gənc, eyni zamanda çox təcrübəli məşqçisi Qasımov Anarın rəhbərliyi altında cəmi 6-7 il əvvəlki şəkillərinə baxanda necə böyük inkişafa nail olduğunu sezmək çətin deyil.

Dünən gənclər arasında Avropa çempionatına qatılan Rüstəm, yarışa çox yaxşı başladı. O, birdən qaldırma hərəkətində əvvəlcə 117 kq-ın öhdəsindən uğurla gəldi. Sonra 122 kq sifariş verən atletimiz bu yanaşmanı da uğurla yerinə yetirdi. 3-cü yanaşmasında isə Rüstəmin 124 kq-a gəlməsi də maraqlı idi. Çünki 16 yaşı olan ağır atletimiz bu çəkini qaldırsaydı, yeniyetmələr arasında Avropa rekordunu yeniləyəcəkdi. Ancaq təəssüf ki, alınmadı. Amma buna baxmayaraq İmanzadə 122 kq-la bu hərəkətdə Avropa bürüncünə layiq görüldü.

Əlavə edək ki, bu çəki dərəcəsində iki erməni idmançı da mübarizə aparırdı. Rüstəm birdən qaldırmada onların birindən 12, digərindən isə 17 kq çox qaldıraraq gücünü ortaya qoymuş oldu. Düşmən dövlətin az qala milli idman növü olan ağır atletikada bu qədər üstünlük qazanmaq böyük alqışa layiq çıxışdır.

Azərbaycan ağır atletikasının ən böyük ümid yerlərindən olan Rüstəm təkanla qaldırma hərəkətində 143 kq-ı uğurla ram etməklə başladı. O, elə bu yanaşma ilə yenə də hər iki erməni atleti arxa qodyu. Sonrakı yanaşmalarında ştanqın öhdəsindən gələ bilməsə də, 16 yaşlı idmançımız özündən bir neçə yaş böyüklərlə mübarizədən alnı açıq ayrıldı. İmanzadə təkanla qaldırma hərəkətində 6-cı, toplamda 5-ci yeri tutmağı bacardı.

Son yazılar

To Top