17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, komandamızın sparrinq-rəqibi Rusiyanın U-17-i olub.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 1:5.
Komandalar fevralın 25-də yenidən üz-üzə gələcək. Həmin oyun da Bakı Olimpiya stadionunda keçiriləcək.
16:00. Azərbaycan (U-17) – Rusiya (U-17) – 1:5
Qollar: Fərid Nəbiyev, 51 // Maqomed Suleymanov, 28-pen., Aleksandr Rudenko, 36, Vyaçeslav Qrulev, 67, İvan İqnatyev, 79, Stanislav Latçeviç, 90+2.
Bakı Olimpiya Stadionu
