"İlk oyunda "Malaqa"nın 21 yaşlıları ilə qarşılaşdıq. Heç-heçə (1:1) etməyimizə baxmayaraq yaxşı təsir bağışladıq. Bu oyunda qələbə qazana bilərdik. Lakin alınmadı. Sabah isə Kanada millisi ilə qarşılaşacağıq. Bu matçda yalnız qələbə haqda düşünürük. Çünki bu oyuna yaxşı hazırlaşmışıq və qələbə qazanmaq istəyirik".
Bu sözləri Korner.az-a açıqlamasında 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının və AZAL-ın futbolçusu Ruslan Tağızadə deyib.
Gənc futbolçu əsas millidə oynamaq üçün çalışdığını da bildirib:
"Hədəfim əsas milliyə dəvət almaqdı. Hər bir futbolçu kimi məndə bunu çox istəyirəm və bunun üçün də çalışıram. İnanıram ki, əsas milliyə tezliklə dəvət alaram. Əgər milliyə dəvət alsam can-başla çıxış edərəm".