Xorvatiya çempionatında 27-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk” klubu öz meydanında RNK Splitlə qarşılaşıb.
Split derbisi qonaq komandanın qələbəsi ilə başa çatıb. Fasiləyə 1:0 hesabı ilə öndə yollanan “Hayduk” ikinci hissədə qapısında iki qol görüb – 1:2. Start heyətində yer almayan Ruslan Qurbanov meydana matçın 67-ci dəqiqədə daxil olub.
