big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ruslan Abışovdan Foqtsa ismarıc: “Orda heç bir futboldan söhbət gedə bilməzdi” – MÜSAHİBƏ

14.09.2012 , 06:48

Azərbaycan milli komandasının və "Xəzər Lənkəran"ın futbolçusu Ruslan Abışov Korner.az saytına müsahibə verib. Gənc futbolçu millimizin Portuqaliya ilə matçı və qarşıdakı "Böyük oyun"la bağlı danışıb.

– Millinin İsrail və Portuqaliya oyunları haqqında nə deyərdin?

İsraillə oyunda millinin məqsədi yalnız qələbə idi. Biz  ilk oyunda doğma azarkeşlər önündə qələbə qazanmaq istəyirdik. Tofiq Bəhramov adına Republika stadionun açılışı idi. Bu amillərə görə qələbə qazanmaq istəyirdik və buna da çox yaxın idik. Amma olmadı. Portuqaliya ilə oyun haqda nəsə danışmağın isə məncə, mənası yoxdu. Hər şey göz qabağında idi.
 
– İsraillə oyunda millimiz ümid verdi. Ancaq eyni şeyi Portuqaliya ilə oyunda demək olmaz. Sən nə fikirləşirsən?

 
Portuqaliya ilə oyuna baxıb fikir bildirmək çox çətindi. Biz daha çox müdafiə futbolu oynadıq. Orda heç bir futboldan söhbət gedə bilməzdi. İsraillə oyun isə tamam başqa idi. İnanıram ki, gələcəkdə hər şey daha yaxşıya gedəcək.
 
– Meydanda futbolçuların bir-birini söyməsi artıq gündəmdən düşmür.
 
Futbolçuları başa düşürəm. Oyun vaxtı əsəbləşirlər, gərgin olurlar. Açığı, heç mən də bilmirdim ki, orda mikrofonlar quraşdırılıb. Kim ki eşidib o söyüşləri, mən həmin futbolçuların adından üzr istəməyə hazıram.
 
– Əgər Kamran Ağayev özünə yeni klub tapmasa millidən kənarlaşdırılacaq. Portuqaliya ilə oyunda ən yaxşılardan biri olan Kamranın millidən kənar qalması, “Xəzər Lənkəran”ın onu yenidən kluba qaytarmaması… Bununla bağlı nə deyərdin?

 
Çox istəyirəm ki, Kamran “Xəzər Lənkəran”a qayıtsın. Amma yenə də, son qərarı klub verir. Əlbəttə, millidən getməsi komanda üçün heç də yaxşı olmaz. Çünki bu gün Azərbaycanda yerli qapıçı qıtlığı var. Kamran kimi qapıçını itirmək Azərbaycan futbolu üçün yaxşı hal deyil. Kamran bu gün Azərbaycanda ən yaxşı qapıçıdı. Portuqaliya ilə oyunda bunun şahidi olduz.
 
– Premyer Liqan;n 5-ci turunda sabiq komandan “Neftçi” ilə qarşılaşacaqsız. Bu oyun haqda nə deyərdin?
 
“Neftçi”yə qarşı oynamaq mənim üçün ilk olacaq. Normal şəkildə oyuna hazırlaşıram. Yenə deyirəm, “Neftçi” üçün neyləmişəmsə, halal edirəm. Onlar mənə qarşı necə yanaşacaqlar – bilmirəm. Amma mən onlara hörmətlə yanaşıram və çıxıb oyunumu oynayacam. Kənarda olanlar qalacaq kənarda. Bu oyunda yalnız qələbə qazanmağa çalışacağıq. Hədəf 3 xaldı.

Röya Kərimli

Son yazılar

To Top